News Lab CV Göndər Proqram Media Tərəfdaşlar Karyera Əlaqə

Tərəfdaşlar

Anadolu Agentliyi

Thumbnail

Türkiyənin rəsmi xəbər agentliyi AA ilə əməkdaşlığa 2022-ci ildən start verilib. Türkiyə-Azərbaycan əlaqələrinin ən pik həddə gəldiyi bir dövrdə 102 illik tarixi olan xəbər agentliyi ilə əməkdaşlıq həm də bu istiqamətdə informasiyaya daha rahat çıxış imkanı yaradır. Bununla yanaşı, 123 yerdə 3 000-dən çox əməkdaşı olan Anadolu Agentliyi dünyanın qaynar nöqtələrindən etibarlı informasiya ilə təminatda mühüm rol oynayır.

Associated Press

ARB 24 telekanalı 2018-ci ildən Amerika Birləşmiş Ştatlarının "Associated Press" agentliyi ilə əməkdaşlıq edir. 1846-cı ildə Nyu-Yorkda yaradılan agentliyin dünyanın dörd bir yanından informasiyaya çıxışı var və xəbərin keyfiyyətli, eləcə də operativ şəkildə Azərbaycan tamaşaçısına çatdırılması üçün bu əməkdaşlıq uğurla davam etdirilir. 

Thumbnail

Deutsche Welle

Thumbnail

ARB 24 telekanalı 2019-cu ildən Almaniyanın aparıcı "Deutsche Welle" telekanalı ilə uğurlu əməkdaşlığı davam etdirir. ARB 24 DW-nin ən yaxın tərəfdaşlarından biri olmaqla Almaniya telekanalına məxsus maraqlı sənədli filmlərin, eləcə də verilişlərin tərcümə və dublyajını həyata keçirir və yayımlayır.

Reuters

ARB 24 telekanalının Böyük Britaniyanın "Reuters" agentliyi ilə əməkdaşlığı 2018-ci ildən başlanıb.  Dünyanın aparıcı agentliklərindən biri sayılan "Reuters"in əsası 1851-ci ildə Londonda qoyulub. Əməkdaşlıqda məqsəd dünyanın 200 yerində 2 500 jurnalist, 600 fotoqrafın çalışdığı agentliyin təqdim etdiyi kontentin ARB 24 tamaşaçıları üçün də əlçatan olmasını təmin etməkdir.

Thumbnail